BAKI, 20 mart. TELEQRAF

Tayvan Çinin ayrılmaz bir hissəsidir. Tayvan məsələsi yalnız Çinin daxili işidir. Problem xalqımızın iradəsi ilə həllini tapacaq.

Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian cümə günü "Sinxua" agentliyinə müsahibəsində bildirib.

O, Yaponiya Baş nazirinin ABŞ Prezidenti ilə görüşdə Tayvanla bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq bildirib: "Tayvan boğazında sülhün və sabitliyin qorunması Tayvanın müstəqilliyi uğrunda mübarizə aparan separatçılara qarşı qətiyyətli tədbirlər tələb edir".