BAKI, 11 mart. TELEQRAF

ABŞ-nin İranın Hörmüz boğazını minalaması barədə heç bir məlumatı yoxdur.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"Əgər İran Hörmüz boğazında hər hansı bir mina yerləşdiribsə və bunun baş verdiyinə dair heç bir dəlilimiz yoxdursa, onda onların dərhal yığışdırılmasını istəyirik", - deyə o qeyd edib.

ABŞ administrasiyasının rəhbəri əlavə edib ki, əgər hər hansı bir səbəbdən minalar qoyulub dərhal təmizlənməsə, İran görünməmiş miqyaslı hərbi nəticələrlə üzləşəcək: "Digər tərəfdən, əgər onlar qoyulmuş ola biləcəkləri təmizləsələr, bu, düzgün istiqamətdə böyük bir addım olacaq".

Qeyd edək ki, daha öncə "CBS News"un müxbiri Cennifer Ceykobs ABŞ kəşfiyyatının İranın guya Hörmüz boğazını minalamasına dair məlumat aldığını yazıb.