BAKI, 6 mart. TELEQRAF

ABŞ ordusu 82-ci Hava-Desant Diviziyasının briqadasının iştirak etdiyi təlimi ləğv edib. Bu, onun İrana yaxın zamanda göndərilməsi ilə bağlı şayiələri gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Adını çəkilməsini istəməyən mənbə bildirib ki, təxminən 5 min hərbçi İrana qarşı quru əməliyyatlarında iştirak edə bilər. Bu bölmə aerodromların və digər vacib infrastrukturun ələ keçirilməsi üzrə ixtisaslaşıb.

82-ci Hava-Desant Diviziyası Şimali Karolinada yerləşir. İrandakı potensial yerləşdirmə məntəqələrindən biri kimi mühüm neft obyektlərindən olan Xarq Adası göstərilir.