BAKI, 6 mart. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkənin Rusiyadakı səfiri Esen Aydoğdıyevi vəzifəsindən azad edərək ABŞ-yə səfir təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
"Esen Aydogdıyev başqa vəzifəyə keçməsi ilə əlaqədar Türkmənistanın Rusiya Federasiyasındakı (Moskva) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin...Esen Aydogdıyev Türkmənistanın Amerika Birləşmiş Ştatlarındakı (Vaşinqton) fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - deyə prezident sərəncamlarında qeyd olunub.
Aydoqdıyev daha öncə Sloveniya, Serbiya və Bolqarıstanda səfir vəzifəsində çalışıb.
Aydoqdıyev 2001-ci ildən bəri Türkmənistanın ABŞ-də səfiri olmuş Meret Orazovu əvəz edəcək.