BAKI, 6 mart. TELEQRAF

İran ordusu ABŞ-nin BƏƏ, Küveyt və İsraildəki bazalarına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat verib.

"Bu səhərdən indiyə qədər Hərbi Dəniz Qüvvələri ABŞ-nin Əl-Minhad (Əbu-Dabi), Əl-Adiri (Küveyt) bazalarına, eləcə də İsrailin Sdot Mikha ərazisindəki radar stansiyalarına kütləvi pilotsuz təyyarə hücumları dalğası həyata keçirib" - məlumatda qeyd olunur.