BAKI, 6 mart. TELEQRAF
"İranla yalnız qeyd-şərtsiz təslim olma halında razılaşma olacaq".
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində qeyd edib.
"Yalnız bundan və böyük və qəbul oluna bilən liderlər seçildikdən sonra biz və bir çox möhtəşəm, cəsur müttəfiqlərimiz və tərəfdaşlarımız İranı məhv olmaq həddindən geri qaytarmaq üçün yorulmadan çalışacağıq. Onu iqtisadi baxımdan əvvəlkindən daha böyük, daha yaxşı və daha güclü edəcəyik. İranın böyük gələcəyi olacaq. İranı yenidən böyük edək (MIGA!)”,- deyə o əlavə edib.