BAKI, 2 mart. TELEQRAF

İraqın şimalındakı Kərkük əyalətində bir neçə güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziyası məlumat yayıb.

Bildirilir ki, partlayışlar hava bombardmanı nəticəsində baş verib.

"Radikal qruplar Amerika hədəflərinə, xüsusən də Ərbildəki ABŞ hərbi bazasına hücumlar edib. Məqsəd raket və dron buraxılış platformalarını sıradan çıxarmaq olub" - məlumatda qeyd olunur.