BAKI, 2 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı apararıb.
Teleqraf xəbər verir ki, tərəflər İran ətrafındakı münaqişə kontekstində regiondakı vəziyyəti müzakirə ediblər.
Ərdoğan Türkiyənin bölgədəki münaqişənin inkişafını yaxından izlədiyini və davamlı sülhə nail olmaq üçün diplomatiyaya şans verməyin vacibliyini bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Ankarada keçiriləcək NATO sammitinə hazırlıqlar davam edir və Türkiyə bu sammitə ləyaqətlə ev sahibliyi edəcək.
Rutte öz növbəsində NATO-nun vəziyyəti hərtərəfli qiymətləndirməklə müttəfiqlərinin təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.