BAKI, 2 mart. TELEQRAF
İsrailin Sankt-Peterburqdakı Baş Konsulluğu konsulluq xidmətlərini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə konsulluq idarəsinin rəsmi Telegram kanalında məlumat verilib.
Bəyanatda deyilir: "2 mart 2026-cı il tarixindən etibarən, sonrakı xəbərdarlığa qədər konsulluq xidmətləri göstərilməyəcək. Yeniliklər üçün sosial media hesablarımızı izləyin".