BAKI, 2 mart. TELEQRAF
İrana qarşı Amerika-İsrail əməliyyatı bir neçə həftə davam edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib.
"Prezident Donald Trampın əməliyyatın nə qədər çəkib-çəkməyəcəyini deməkdə tam sərbəstliyi var, dörd həftə, iki həftə, altı həftə. Daha uzun da ola bilər, daha qısa da... ABŞ Silahlı Qüvvələri Prezident Tramp tərəfindən qoyulan bütün tapşırıqları yerinə yetirəcək" - Heqset qeyd edib.