BAKI, 2 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X"dəki hesabında məlumat yayıb.

Liderlər İrana qarşı hücumlar və onun nəticələrini müzakirə ediblər. Ərdoğan bölgədəki münaqişələrin regional və qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib.

O, bölgədə davamlı sabitliyi təmin etmək üçün sülhyönümlü təmasları artırmağın və tərəfləri dialoq müstəvisinə qayıtmağa təşviq etməyin vacibliyini qeyd edib.