BAKI, 2 mart. TELEQRAF
"Biz İrana kimin rəhbərlik etdiyini və kimi seçəcəklərini bilmirik".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibədə bildirib.
Tramp bildirib ki, amerikalıların İrana hücumlardan narazılığı onu narahat etmir.
"Düşünürəm ki, sorğular çox yaxşıdır, amma sorğular məni maraqlandırmır. Mən düzgün işi görməliyəm. Bu, çoxdan edilməli idi", - deyə Tramp əlavə edib.
Qeyd edək ki, sorğuya əsasən, amerikalıların yalnız 27%-i ABŞ-nin İrana zərbə endirməsini dəstəkləyir, 43%-i isə dəstəkləmir.
***
20:15
İrana qarşı hərbi əməliyyat əhəmiyyətli dərəcədə gücləndiriləcək və böyük zərbə dalğasının tezliklə həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNN-dəki çıxışında bildirib.
"Biz orada xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir. Əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb, amma tezliklə başlayacaq" - Tramp bildirib.
***
18:47
ABŞ Prezidenti Donald Tramp bu gün saat 20:00-da İranla bağlı bəyanatla çıxış edəcək.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.