BAKI, 2 mart. TELEQRAF

Fransa 2026-cı ildə strateji hipersəsli raketlərin hazırlanması proqramına başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Fransa nüvə arsenalını artıracaq, amma miqdarını açıqlamayacaq" - Makron qeyd edib.

"Mən təhlükəli və dinamik mühitdə Fransanın çəkindirici və dağıdıcı gücünün qorunub saxlanmasından məsulam. Buna görə də arsenalımızdakı nüvə başlıqlarının sayının artırılmasını əmr etdim. Hər hansı bir fərziyyənin qarşısını almaq üçün keçmişdən fərqli olaraq, artıq nüvə arsenalımızın miqdarı barədə məlumat yaymayacağıq", - deyə o bildirib.