BAKI, 25 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-tə dünya bazarında satılması üçün 80 milyon barel neft verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp fevralın 24-də Konqresin Nümayəndələr Palatası və Senat qarşısında “Ölkənin vəziyyəti haqqında” illik müraciəti zamanı danışıb.

O bildirib ki, ABŞ-da neft hasilatı gündəlik 600 min bareldən çox artıb.

“Biz həmçinin yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyondan çox barel neft aldıq”, – deyə Tramp vurğulayıb.