BAKI, 24 fevral. TELEQRAF

Döyüş meydanında itki verən Rusiya danışıqlar masasında üstünlük qazanmamalıdır.

Teleqraf xəbər verir ki, bunu Avropa Şurasının prezidenti António Kosta Kiyevə səfəri zamanı bildirib.

"Rusiya döyüş meydanında bu qədər çox şey itirərkən danışıqlar masasında üstünlük qazana bilməz. Rusiya danışıqlara ciddi yanaşmalı və bu müharibədə qalib gəlməyəcəyini qəbul etməlidir", - Kosta bildirib.

O, Ukraynanın mövqeyini qoruduğunu, Rusiyanın isə məqsədlərinə çata bilmədiyini deyib: "Kiyevin Aİ üzvlüyünü bütün qitə üçün təhlükəsizliyin qarantıdır".