BAKI, 25 fevral. TELEQRAF
Çinin BMT-dəki daimi nümayəndəsi ABŞ-ni Ukrayna ətrafındakı vəziyyətdən istifadə edərək Pekinə qarşı əsassız hücumlar etməkdə və qlobal qarşıdurmanı dərinləşdirməkdə günahlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Fu Cong BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, ABŞ son vaxtlar müxtəlif platformalarda Çinə qarşı ittihamlar irəli sürür və bunu siyasi manipulyasiya məqsədilə edir. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi blok qarşıdurması yaratmaq, parçalanma və münaqişələri təşviq etməkdir.
Fu Tsun ABŞ-ni diqqəti yayındırmaqdan, məsuliyyəti başqalarının üzərinə atmaqdan və dünyada yeni münaqişələr yaratmaqdan çəkinməyə çağırıb.