BAKI, 24 fevral. TELEQRAF

ABŞ İsrail hava bazasına 10-dan çox F-22 çoxməqsədli qırıcı təyyarə yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” (TOI) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın şərqindəki Leyknhit Hərbi Hava Qüvvələri Bazasından 12 qırıcı təyyarə havaya qalxıb, lakin daha sonra texniki problem səbəbindən biri geri qayıdıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ 17 fevralda Vaşinqton və Tehran arasında nüvə danışıqlarının ikinci mərhələsi heç bir irəliləyiş olmadığı üçün İran yaxınlığındakı bazalara 150-dən çox təyyarə yerləşdirib.

Fevralın 23-də Yunanıstanın Krit adası sahillərində müşahidə edilən "USS Gerald R. Ford" onlarla qırıcı qəbul edib. Bu, Yaxın Şərqə göndərilən ikinci təyyarədaşıyan gəmidir və onun gəlişi bütün aktiv Amerika gəmilərinin təxminən üçdə birinin hazırda bölgədə olması deməkdir.