BAKI, 25 fevral. TELEQRAF
Cari ilin yanvar ayı ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ay ərzində 7 727 958 tibbi xidmət göstərilib.
"Onlardan 1 074 206-sı stasionar, 6 653 752-si ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 426 087 sayda laborator müayinələr aparılıb ki, onların da 568 323-ü stasionar, 2 857 764-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 12 % artım qeydə alınıb.
Eyni zamanda ay ərzində 29 284 cərrahi əməliyyat və prosedur (27 935 stasionar, 1 349 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 4 % artıb", - məlumatda vildirilib.