BAKI, 25 fevral. TELEQRAF
"Qarabağ"ın hücumçusu Kamilo Duran "Nyukasl"la pley-off oyununda (2:3) vurduğu qolla adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb.
Teleqraf xəbər verir ki, 24 yaşlı forvard cari mövsümdə qollarının sayını 5-ə çatdıraraq, bu turnirdə bir mövsüm ərzində 5 və daha çox qol vuran 3-cü kolumbiyalı futbolçu olub.
Duran bu göstəricidə Cekson Martines və Radamel Falkao kimi dünya ulduzlarının uğurunu təkrarlayıb.
Qeyd edək ki, "Qarabağ" Kamilo Duranı mövsümün əvvəlində Portuqaliyanın II Liqa təmsilçisi "Portimonensi"dən cəmi 200 min avroya transfer etmişdi. Duranın qol siyahısında "Ayntraxt Frankfurt" (2 qol), "Ayaks", "Benfika" və "Nyukasl" kimi klublar yer alır.