BAKI, 24 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Parisdəki Luvr Muzeyinin rəhbəri Lorens de Karrenin istefasını qəbul edib.
Teleqraf "France 24"ə istinadən xəbər verir ki, prezident bu qərarı muzeydə saxlanılan zinət əşyalarının oğurlanması və kütləvi tətillərin nəticəsi olaraq verib.
Ötən ilin oktyabr ayında Luvr muzeyindən 102 milyon dollar dəyərində zinət əşyaları oğurlanıb. Oğrular hələ də tapılmayıb.