BAKI, 24 fevral. TELEQRAF

Vaşinqton Venesuela enerji ehtiyatlarının qlobal bazara qaytarılmasını ölkələrin Rusiya tədarükündən asılılığını azaltmaq strategiyasının bir hissəsi kimi görür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceykob Helberq "RİA Novosti"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ strategiyası Rusiyaya maksimum təzyiq göstərməyi, Rusiyadan kənarda enerji resurslarının, xüsusən də Venesuela neftinin qlobal tədarükünün genişləndirilməsini nəzərdə tutur.

Helberq qeyd edib ki, Konqresin hər iki palatası Prezident Trampa Rusiya ilə enerji ticarətini dəstəkləyən ölkələrə 500 faiz tarif tətbiq etmək səlahiyyəti verib.