BAKI, 25 fevral. TELEQRAF

NATO-nun Türkiyədə yerləşən kəşfiyyat qüvvələri Rusiyanı izləməni azaldaraq diqqəti daha çox İrana yönəldib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, NATO-nun kəşfiyyat təyyarələri son vaxtlar İrana nəzarətlə bağlı uçuşları artırıb. Agentlik qeyd edir ki, Türkiyə ABŞ-nin rəhbərliyi ilə İrana mümkün zərbə ehtimalına hazırlaşır. Belə bir ssenarinin Tehranın bir sıra məsələlər, o cümlədən nüvə proqramının məhdudlaşdırılması ilə bağlı güzəştlərə getməsinə səbəb ola biləcəyi bildirilir.