BAKI, 19 fevral. TELEQRAF

Danimarka hakimiyyəti İran bayrağı altında üzən "Nora" konteyner gəmisini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Gəmiçilik İdarəsi məlumat yayıb .

Məlumatda qeyd olunur: "Danimarka Dənizçilik İdarəsi gəmini səhv qeydiyyata görə saxlayıb. Gəmi İranın müvafiq qeydiyyatı və sertifikatlaşdırması təsdiqlənənə qədər saxlanılacaq. "Nora" hazırda Yutlandiyanın şimalında, Albæk şəhərinin şərqindədir".

Məlumata görə, gəmi bir neçə ay əvvəl adını dəyişib. Hesab edilir ki, gəmi İran və Rusiyadan neft daşımaq üçün istifadə edilir və "kölgə donanması"nın bir hissəsi ola bilər.