Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib .

"Telefon danışığı zamanı Vladimir Putin və Aleksandr Lukaşenko gələn həftə Moskvada keçiriləcək "Birlik" Ali Dövlət Şurasının iclasına hazırlıqları müzakirə ediblər ", - deyə açıqlamada bildirilir.

Fevralın 16-da Lukaşenko Ali Şurasının iclasının 26 fevralda keçiriləcəyini elan edib. Belarus lideri qeyd edib ki, Belarus və Rusiyanı bir-birindən ayıra biləcək heç bir qüvvə yoxdur.