BAKI, 19 fevral. TELEQRAF
Vaşinqton meri Muriel Bouser kanalizasiya borusunun partlaması və çirkab sularının Potomak çayına axıdılmasından sonra paytaxtda fövqəladə vəziyyət elan edib.
Teleqraf xəbər verir ki, Bouzer həmçinin Tramp administrasiyasından hadisə ilə bağlı xərcləri Kolumbiya dairəsinə tam şəkildə ödəməsini istəyib.
Fevralın 17-də Tramp qonşu Merilend ştatında ekoloji vəziyyətin Potomak çayına axıdılan minlərlə ton çirkab su səbəbindən pisləşdiyini bildirib. Prezident çirkab sularının çaya axmasına səbəb olan dağılmanın idarə olunmasında ştatın demokratlardan olan qubernatoru Ues Muru günahlandırıb.
Ağ Ev daha əvvəl kanalizasiya sızması təhlükəsi səbəbindən Vaşinqtonda ekoloji fəlakətin baş verəcəyini proqnozlaşdırmışdı.