BAKI, 15 fevral. TELEQRAF
ABŞ hərbçiləri Karib hövzəsindən Hind okeanına doğru hərəkət edən daha bir tankeri saxlayaraq yoxlama aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon "X" sosial şəbəkəsində yaydığı bəyanatda məlumat verib.
Bildirilib ki, ABŞ Silahlı Qüvvələri Hind-Sakit okean Komandanlığının məsuliyyət zonasında “Veronica III” adlı gəminin yoxlanılması, ələ keçirilməsi və göyərtəsinə çıxış əməliyyatını insidentsiz həyata keçirib.
Pentaqonun versiyasına görə, tanker Karib hövzəsində sanksiyaya məruz qalan gəmilərlə bağlı qüvvədə olan karantin rejimini pozaraq fəaliyyət göstərib. ABŞ hərbçilərinin gəmini Karib hövzəsindən Hind okeanına qədər izlədiyi qeyd olunub.
Bəyanatda saxlanılan gəmi ilə bağlı əlavə detallar açıqlanmayıb.