BAKI, 15 fevral. TELEQRAF
Almaniyanın şimalında yerləşən Ştur şəhərində bank filialında naməlum şəxslər 14 seyfi qarət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Məlumata görə, hadisə “Volksbank” bankının filialında baş verib. Polis cinayətkarların şəxsiyyətinin hələ müəyyən edilmədiyini bildirib. Oğurlanan əşyaların nə olduğu məlum deyilş
“Hüceyrələrdə nə olduğunu deyə bilmərik. Müştərilərin orada nə saxladığı bizə məlum deyil”, - polis nümayəndəsi DPA agentliyinə açıqlamasında deyib.
Filialda olan 728 seyfdən 14-ü zədələnib, qalan 714 hüceyrə toxunulmaz qalıb. Cinayət yerli vaxtla saat 12:00–14:00 aralığında törədilib.
Şahidlərin sözlərinə görə, günorta saatlarında mavi kombinezon geyinmiş üç kişi bankın yaxınlığında park edilmiş avtomobilə tərəf gedərkən görülüb.