BAKI, 15 fevral. TELEQRAF
ABŞ administrasiyası yanvar ayında Kameruna həmin ölkənin vətəndaşı olmayan doqquz miqrantı deportasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, deportasiya edilən şəxslərin əksəriyyətinə əvvəllər ABŞ məhkəməsi tərəfindən vətənlərinə qaytarılmamaqla bağlı hüquqi müdafiə təmin edilmişdi. Bildirilir ki, ABŞ hakimiyyəti Kamerunla miqrantların qəbuluna dair hər hansı rəsmi razılaşma bağlamayıb.
Qəzet yazır ki, deportasiya olunan şəxslər Afrikaya göndəriləcəklərini yalnız qandallandıqdan və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə məxsus təyyarəyə mindirildikdən sonra biliblər.
NYT-nin məlumatına görə, həmin şəxslər hazırda Kamerunun paytaxtı Yaoundedə yerləşən miqrasiya mərkəzində saxlanılır.