MİNGƏÇEVİR, 15 fevral. TELEQRAF

Mingəçevirdə mübahisə edən şəxslərdən biri digərinin üzərinə spirt tökərək yandırıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib.

Mübahisə zəmnində tərəflərdən biri 1980-cı il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlunun üzərinə spirt tökərək onu yandırıb.

Üz, əl, qol və digər nayihələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, mübahisə edən hər iki şəxsin psixoloji problemləri var.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.