BAKI, 15 fevral. TELEQRAF

Hindistan hökuməti Rusiya neftinin idxalı ilə bağlı qərarları müstəqil şəkildə qəbul edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, Hindistan qərar qəbul edərkən müstəqil düşüncə prinsipinə əsaslanır və bəzən bu seçimlər digər tərəflərin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Cayşankar qeyd edib ki, Hindistanın neft şirkətləri qərar verərkən məhsulun əlçatanlığını, qiymətini və mümkün riskləri nəzərə alır, ölkənin maraqlarına uyğun addımlar atırlar.