BAKI, 11 fevral. TELEQRAF
"BMW" şirkəti yanğın təhlükəsi səbəbindən dünya üzrə 500 mindən çox avtomobili geri çağırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Şirkət əvvəllər mühərriki işə salarkən potensial qısaqapanma aşkar etmişdi. Bu problem "BMW 2 Series Coupe" modellərinin bir neçə variantında aşkar olunub.