BAKI, 10 fevral. TELEQRAF
Meksika ABŞ-nin tarif siyasəti təzyiqindən qorunmaq üçün Kubaya neft tədarükünü dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Klaudiya Şeynbaum bildirib .
"Neftin daşınması hazırda dayandırılıb, biz Meksika üçün mənfi nəticələrdən qaçmağa çalışırıq", - deyə o qeyd edib.
Şeynbaum ABŞ-nin Kubaya yanacaq tədarük edən ölkələrə tarif tətbiq etmək barədə sərəncam verdiyini xatırladıb. Eyni zamanda, o, Meksikanın Kubaya humanitar dəstəkdən imtina etməyəcəyini bildirdi.
Yanvarın 29-da ABŞ Prezidenti Donald Tramp Kubadan gələn milli təhlükəsizliyə təhdid iddiası səbəbindən ABŞ-də fövqəladə vəziyyət elan edib. Buna cavab olaraq, ertəsi gün Kuba hakimiyyəti də adada fövqəladə vəziyyət elan edib və bunu Vaşinqtondan gələn "ifrat təhlükə" ilə əlaqələndirib.