İran İslam Respublikasının vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami çərşənbə günü bildirib ki , Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, ölkəsi uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsini 60%-ə endirməyə hazırdır .

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Vitse-prezident qeyd edib ki, Tehran və Vaşinqton Oman danışıqları zamanı İranın yüksək dərəcədə zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı məsələsini müzakirə etməyiblər.