BAKI, 7 fevral. TELEQRAF

Pakistan təhlükəsizlik qüvvələri İslamabadda məsciddə törədilən terrorun təşkilatçısını və iştirakçılarını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The News" saytı məlumat yayıb.

Cinayətkarlar şimal-qərbdəki Xayber Paxtunxva əyalətində tutulublar. Hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Həbs zamanı üç təhlükəsizlik işçisi yaralanıb.

Qeyd edək ki, fevralın 6-da İslamabadda şiə məscidində terror aktı baş verib. Nəticədə 31 nəfər ölüb, 169 nəfər isə yaralanıb.

Məscidin gözətçisinin sözlərinə görə, partlayışdan əvvəl üç hücumçu binaya soxularaq mühafizəçini yaralayıb.