BAKI, 7 fevral. TELEQRAF
Böyük Britaniya İran ətrafında gərginliyin artması fonunda Kiprdə yerləşən Akrotiri aviabazasına qırıcı təyyarələr göndərib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Məlumata görə, altı ədəd F-35B qırıcısı artıq Kiprdə yerləşən və İraq və Suriya üzərində missiyalar yerinə yetirən "Typhoon" təyyarələrinə qoşulacaq.
Qeyd olunur ki, qırıcılar İngiltərənin şərqində yerləşən Marham aviabazasını artıq tərk ediblər. Britaniya tərəfi bu addımı regionda təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə atıb.