BAKI, 6 fevral. TELEQRAF
Fransanın cənub-şərqində yerləşən Qrenobl şəhərində gözəllik salonunda qumbaranın partlaması nəticəsində altı nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, qumbaranı salonun içərisinə bir kişi atıb. O, hadisə zamanı həyat yoldaşı ilə birlikdə olub. Partlayışdan sonra cinayətkarlar hadisə yerindən qaçıblar.
Yaralılardan biri 5 yaşlı uşaqdır. Hazırda polis hadisəni araşdırır və cinayətkarları axtarır.