BAKI, 6 fevral. TELEQRAF

“Hizbullah” hərəkatının kəşfiyyat idarəsinin rəhbəri Vafiq Safa istefa verib.

Teleqraf xəbər verir ki, təşkilat rəhbərliyi Safanın istefa ərizəsini fevralın 6-da qəbul edib.

Bildirilib ki, Safanın istefasına hərəkatdakı struktur islahatları səbəb olub.

İslahatlar nəticəsində Safanın səlahiyyətləri xeyli azaldılsa da, o, dərhal vəzifədən uzaqlaşdırılmamışdı.

Onun vəzifəsini müvəqqəti olaraq Hüseyn Barade icra edəcək.