BAKI, 3 aprel. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq tədbir görməməklə özünü İslam Respublikasına qarşı təcavüzə ortaq edib.
Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) direktoru Məhəmməd Eslami BAEA rəhbərliyinə ünvanladığı məktubda yazıb.
"ABŞ və sionist rejimin İranın dinc nüvə obyektlərinə hücumları qarşısında agentliyin susması sadəcə hərəkətsizlik deyil, həm də cinayətdə açıq-aşkar iştirakdır. İran ətrafındakı vəziyyətə laqeydliyi BAEA-nın olan-qalan etibarlılığını məhv edəcək" - Eslami bildirib.