BAKI, 3 fevral. TELEQRAF

İranın dəniz qüvvələrinə məxsus qayıqlar Hörmüz boğazında ABŞ bayrağı altında üzən tankerə yaxınlaşaraq onu dayandırmağı tələb edib, lakin tanker hərbi müşayiət altında hərəkət etməyə davam edib.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News" Britaniyanın dəniz təhlükəsizlik şirkəti "Vanguard Tech"ə istinadən istinadən məlumat yayıb.

Məlumat görə, boğazdan keçərkən İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 6 kiçik silahlı qayıq "Stena Imperative" tankerinə yaxınlaşıb. Qayıqlar kapitana radio ilə "mühərrikləri dayandırın və yoxlamaya hazırlaşın" deyərək xəbərdarlıq edib, lakin gəmi daha sonra sürətini artırıb və kursunu davam etdirib.

Şirkətdən qeyd edilib ki, gəmi hazırda ABŞ hərbi gəmisi tərəfindən müşayiət olunur.

Onlar tankerin İranın ərazi sularına daxil olmadığını vurğulayıblar. Gəmi Bəhreyndə təyinat yerinə doğru irəliləyib və fevralın 5-də Sitra limanına çatacağı gözlənilir.