BAKI, 3 fevral. TELEQRAF

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Libya al-Ahrar” məlumat yayıb.

O, naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Mənbənin "Al Arabiya"ya verdiyi məlumata görə, dörd nəfər Seyf əl-İslamı həyətində güllələdikdək sonra hadisə yerindən qaçıblar.

Seyf əl-İslam uzun müddət atasının xələfi hesab olunurdu. 2021-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyini elan etsə də, həmin seçkilər qeyri-müəyyən müddətə təxirə salınıb.


Hadisənin təfərrüatı hələlik açıqlanmayıb.