BAKI, 3 fevral. TELEQRAF

Ukrayna ordusu ilk dəfə olaraq Rusiya ərazisində "TOS-1A Solntsepek" ağır odsaçan sistemini məhv edə bilib.

Teleqraf xəbər verir ki, bu barədə 72-ci Qara Zaporojye Ayrı-ayrı Mexanikləşdirilmiş Briqadasının Bulava pilotsuz uçuş aparatı batalyonu Telegram-da paylaşdığı məlumatda qeyd edib. Yayımlanan videoda FPV dronlarının hədəfə dörd dəfə dəydiyi, ardınca isə onların sursatının partladığı görünür.

Bəyanatda qeyd olunur ki, Rusiyanın "TOS-1A Solntsepek" ağır odsaçan sistemi ilk dəfə olaraq birbaşa Rusiya ərazisində - Belqorod vilayətində məhv edilib.

Vurulan raket sisteminin qiyməti10 milyon dollar civarındadır.

Bəyanatda qeyd olunur ki, "TOS-1A" Rusiyanın ən ölümcül silahlarından biridir. Bu, istehkamları və şəxsi heyəti termobarik sursatlarla məhv etmək üçün hazırlanmış bir sistemdir.