BAKI, 2 fevral. TELEQRAF
Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev xüsusi hərbi əməliyyatda hərbi qələbənin artıq bir sıra parametrlər üzrə aydın şəkildə göründüyünü bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Reuters, TASS və "WarGonzo" layihəsinə verdiyi müsahibədə danışıb.
Medvedev qeyd edib ki, hərbi qələbə faktoru son dərəcə vacibdir və bu, müxtəlif göstəricilər əsasında artıq müşahidə olunur.
Siyasətçinin sözlərinə görə, Rusiyanın xüsusi hərbi əməliyyatda əldə edəcəyi qələbənin məqsədlərindən biri də gələcəkdə yeni münaqişələrin qarşısının alınmasıdır.
Bununla yanaşı, Dmitri Medvedev Avropada hakimiyyətin qeyri-adekvat və səriştəsiz siyasətçilərin əlində cəmləşdiyini iddia edərək, Avropa rəhbərliyini sərt tənqid edib.