BAKI, 29 yanvar. TELEQRAF

Avropa Birliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas sosial media hesabında məlumat verib.

Yanvarın 29-da Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq etmək barədə razılığa gəlib.

Qərarın qəbuluna səbəb 2025-ci ilin sonlarında İranda keçirilən etiraz aksiyalarının minlərlə iştirakçısının öldürülməsidir.