BAKI, 28 yanvar. TELEQRAF
Venesuela Prezident Nikolas Maduro və həyat yoldaşının qaçırılması əməliyyatı uğursuz ola bilərdi. Əməliyyatın uğurlu olması üçün qısa zamanda bir neçə manevr eyni vaxtda tətbiq edilməliydi. Bu manevrlərdən birinin baş tutmaması əməliyyatımızı uğursuz edə bilərdi.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, əməliyyatın uğurlu olacağı öncədən bəlli deyildi.
Rubio həmçinin bildirib ki, ABŞ bu mərhələdə Venesuelada yeni hərbi əməliyyat planlaşdırmır.