BAKI, 28 yanvar. TELEQRAF

ABŞ-də terror fəaliyyəti ilə əlaqədə şübhəli bilinən üç İran vətəndaşı ölkədən deportasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.

Məlumata görə, Ehsan Xalidi, Məhəmməd Mehrani və Murtuza Nəsiri-Kaklaki SEPAH-ın keçmiş zabitləridir.

"Onlar bazar günü ABŞ-dən çıxarılan 14 İran vətəndaşının olduğu deportasiya reysi ilə ölkəni tərk ediblər.

Məhəmməd Mehrani və Ehsan Xalidi 2024-cü ildə Cənubi Kaliforniya üzərindən ABŞ-yə qanunsuz daxil olublar. Murtuza Nəsiri isə 2024-cü ilin noyabrında Arizona ştatında, Sent-Luis şəhəri yaxınlığında ABŞ Sərhəd Patrul Xidməti tərəfindən saxlanılıb",- məlumatda qeyd edilib.