BAKI, 27 yanvar. TELEQRAF
ABŞ Kiyevin bir sıra ərazi güzəştlərini nəzərdə tutan sülh razılaşmasına razılıq verəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti təqdim etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Vaşinqton təhlükəsizlik zəmanətləri ilə yanaşı, Ukraynaya silah tədarükünü də artırmağa hazırdır. Bu addımlar Prezident Volodimir Zelenskinin mümkün sülh sazişi çərçivəsində ərazi güzəştlərinə razılaşacağı halda atıla bilər.
Qeyd edilib ki, məsələ ilə bağlı məsləhətləşmələr davam edir və ABŞ-nin təklif etdiyi mexanizmlər Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin olunmasına yönəlib.