BAKI, 25 yanvar. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələri "Tomahawk" raketlərinin modernləşdirilməsi üçün "Raytheon" şirkəti ilə 380,8 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, razılaşmaya əsasən, raketlərin texniki yenilənməsi və istismarına dəstək işləri 2029-cu ilin aprelinə qədər davam edəcək. Məqsəd raketlərin ömrünü uzatmaq və döyüş dəqiqliyini artırmaqdır.
Rəsmi Kiyev uzun müddətdir bu raketləri istəsə də, ABŞ Prezidenti Donald Tramp buna razılıq verməyib. "Bloomberg"in məlumatına görə, Tramp Vladimir Putinlə telefon danışığından sonra bu qərarı verib. Rusiya lideri xəbərdarlıq edib ki, Ukraynaya "Tomahawk"ların verilməsi müharibəni daha da gərginləşdirə bilər.