BAKI, 25 yanvar. TELEQRAF
İranda hökumət əleyhinə etiraz aksiyalarının yatırılması nəticəsində ölənlərin sayı 33 000 nəfəri keçib.
Teleqraf xəbər verir ki, bu barədə "dailymail" nəşri yazır.
Sözügedən rəqəm əvvəlki qiymətləndirmələrlə müqayisədə təxminən iki dəfə çoxdur.
Qeyd olunur ki, indiyədək ölənlərin sayının 16 500-18 000 arasında olduğu ehtimal edilirdi. Lakin yeni məlumatlara əsasən, bu rəqəm təxminən 33 100 nəfərdir.
Araşdırmalara görə, aksiyalar zamanı 97 645 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananların təxminən 30 faizinin göz nahiyəsindən zədə aldığı bildirilir.