BAKI, 25 yanvar. TELEQRAF

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol komandası A Seriyasının digər təmsilçisi “Hellas Verona”dan hücumçu Covaneni transfer edib.

22 yaşlı braziliyalı forvard “Napoli” ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

“Transfermarkt” keçidin 2 milyon avroya baş tutduğunu qeyd etsə də, məşhur insayder Fabritsio Romano bonuslarla birlikdə bu məbləğin 20 milyon avroya çatacağını bildirib.

Qeyd edək ki, Covane cari mövsümdə “Hellas Verona” forması ilə İtaliya A Seriyasında iştirak etdiyi 21 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.