BAKI, 25 yanvar. TELEQRAF

Rumıniya Prezidenti Nikusor Dan Moldova ilə birləşmək üçün referendum keçirmək ideyasına qarşı çıxıb.

O vurğulayıb ki, bu məsələ ilk növbədə hazırda bu təklifə qarşı çıxan Moldova vətəndaşları ilə bağlıdır.

"Biz Moldova Respublikası vətəndaşlarının seçdikləri məqsədlərlə bağlı iradəsinə hörmətlə yanaşırıq. Əgər hər hansı bir məqamda onların fikri dəyişərsə, biz də buna uyğun hərəkət edəcəyik", - deyə Dan bildirib.

O əlavə edib ki, ölkə qonşu respublikanın Avropa İttifaqına qoşulmaq istəklərini dəstəkləyir .

Bu həftə Moldovanın xarici işlər naziri Mixail Popsoi hökumətin referendumdan sonra Rumıniya ilə birləşməyi istisna etmədiyini bildirib.